ABŞ Rusiya və Belarus idmançılarına neytral status verilməsinin tərəfdarıdır

ABŞ Rusiya və Belarus idmançılarına neytral status verilməsinin tərəfdarıdır ABŞ administrasiyası beynəlxalq idman yarışları zamanı Rusiya və Belarusun dövlət bayraqlarının və himnlərinin istifadəsinə qadağa qoyulmasını müdafiə edir və hesab edir ki, bu ölkələrin idmançılarına neytral statusda icazə verilməlidir.
Digər ölkələr
3 Fevral , 2023 01:44
ABŞ Rusiya və Belarus idmançılarına neytral status verilməsinin tərəfdarıdır

ABŞ administrasiyası beynəlxalq idman yarışları zamanı Rusiya və Belarusun dövlət bayraqlarının və himnlərinin istifadəsinə qadağa qoyulmasını müdafiə edir və hesab edir ki, bu ölkələrin idmançılarına neytral statusda icazə verilməlidir.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.

Ondan 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına Rusiya və Belarus idmançılarının buraxılması ilə bağlı ABŞ-ın mövqeyini bildirməsi xahiş olunub.

“Beynəlxalq Olimpiya Komitəsi kimi idman təşkilatları və tədbir təşkilatçıları Rusiya və Belarus idmançılarının idman tədbirlərində iştirakına icazə vermək qərarına gəldiyi hallarda, onların bu dövlətlərin nümayəndələri kimi çıxış etmədikləri tamamilə aydın olmalıdır. Rusiya və Belarusun rəsmi dövlət bayraqlarının, gerblərinin və himnlərinin istifadəsi də qadağan edilməlidir. Biz bu mövqedən çıxış edirik”- deyə, o bildirib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsi ilə əlaqədar ABŞ Rusiya və Belarusun milli idman qurumlarının beynəlxalq idman federasiyalarındakı üzvlüyünün dayandırılmasının, bu dövlətlərlə sıx bağlı olan şəxslərin ölkədən çıxarılmasının, habelə Rusiya və Belarusun ərazisində beynəlxalq yarışların dayandırılmasının tərəfdarıdır.

Son xəbərlər

Orphus sistemi