Yuxarı
    Bağlamaq

    ​ABŞ rəsmisi Rusiyanı Debaltsevo rayonuna ağır texnika göndərdiyi üçün ittiham edib

    Rusiyanın sərhəddən tank və hava hücumundan raket sistemi keçirməsindən və döyüşlərin davam etməsindən narahatıq

    Bakı.14 fevral. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki Rusiyanı Ukraynanın Debaltsevo rayonuna ağır texnika göndərdiyi üçün ittiham edib.

    "Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, Psaki bunu keçirdiyi brifinqdə bildirib.

    "Rusiyanın son bir neçə gündə sərhəddən tank və hava hücumundan raket sistemi keçirməsindən və döyüşlərin davam etməsindən narahatıq", - o, bildirib.

    Psaki deyib ki, Rusiya Debaltsevoya çoxlu sayda artilleriya və reaktiv sistem ötürüb: "Onlar bu texnika vasitəsi ilə ukraynalıların mövqelərini vururlar. Bu cari həftə əldə edilən razılaşmanın ruhuna uyğun deyil ".

    ABŞ Dövlət Departamentinin rəsmisi onu da vurğulayıb ki, Rusiya hərbi hissələri Ukraynanın şərqindəki sərhəddə rusiyayönlülərə böyük həcmdə silah ötürməyə hazırlaşır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi