ABŞ Qaşıqçı işinə görə Səudiyyənin 16 vətəndaşının ölkəyə girişini qadağan edib

ABŞ Qaşıqçı işinə görə Səudiyyənin 16 vətəndaşının ölkəyə girişini qadağan edib Amerika hakimiyyəti The Washington Post qəzetinin icmalçısı Camal Qaşıqçının qətlində iştiraka görə Səudiyyə Ərəbistanının 16 vətəndaşının ABŞ ərazisinə giriş qadağası haqqında qərar qəbul edib.
Digər ölkələr
9 Aprel , 2019 05:00
ABŞ Qaşıqçı işinə görə Səudiyyənin 16 vətəndaşının ölkəyə girişini qadağan edib

Amerika hakimiyyəti "The Washington Post" qəzetinin icmalçısı Camal Qaşıqçının qətlində iştiraka görə Səudiyyə Ərəbistanının 16 vətəndaşının ABŞ ərazisinə giriş qadağası haqqında qərar qəbul edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Dövlət Departamentinin bəyanatında bildirilir.

Qeyd edilir ki, qanuna görə, əgər xarici hökumətlərin məmurları korrupsiyaya və ya insan hüquqlarının ciddi pozulmasına cəlb ediliblərsə, bu şəxslər və onların ailə üzvləri Birləşmiş Ştatlara daxil ola bilməzlər.

Qadağanın səbəbi kimi Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının 16 vətəndaşının Camal Qaşıqçının qətlində iştirakını göstərib. Dövlət Departamentində təfərrüatları dəqiqləşdirməyiblər. 

Daha əvvəl jurnalist Camal Qaşıqçının qətlində şübhəli sayılan şəxslər İnterpol xətti ilə axtarışa verilib.

Son xəbərlər

Orphus sistemi