ABŞ prezidenti və İsrailin baş naziri əməkdaşlıq məsələlərini müzakirə ediblər

ABŞ prezidenti və İsrailin baş naziri əməkdaşlıq məsələlərini müzakirə ediblər ABŞ prezidenti Cozef Bayden və İsrailin baş naziri Naftali Bennet Ağ Evdə danışıqlar aparıb.
Digər ölkələr
28 Avqust , 2021 08:55
ABŞ prezidenti və İsrailin baş naziri əməkdaşlıq məsələlərini müzakirə ediblər

ABŞ prezidenti Cozef Bayden və İsrailin baş naziri Naftali Bennet Ağ Evdə danışıqlar aparıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, ölkə liderləri iki dövlətin əməkdaşlığına aid olan bir sıra məsələləri, həmçinin Yaxın Şərqdə təhlükəsizliyi müzakirə ediblər.

"Prezident Cozef Bayden İsrailin baş naziri Naftali Bennetlə Ağ Evdə görüş keçirərək, bir daha Birləşmiş Ştatların və İsrailin tarixi əməkdaşlığını vurğulayıb, həmçinin qlobal və regional problemlərin geniş spektri üzrə məsləhətləşmələr keçirib", - xəbərdə deyilir.

Bayden ABŞ-ın İsrailin təhlükəsizliyinə və ölkənin özünümüdafiə hüququna dəstəyini ifadə edib.

Liderlər həmçinin Yaxın Şərqdə vəziyyət və regionda təhlükəsizliyi müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi