ABŞ prezidenti Şimali Koreya ilə bağlı müşavirə keçirib

ABŞ prezidenti Şimali Koreya ilə bağlı müşavirə keçirib Donald Tramp Kim Çen Inın özünü çox pis apardığını bildirib
Digər ölkələr
20 Mart , 2017 03:47
ABŞ prezidenti Şimali Koreya ilə bağlı müşavirə keçirib

Bakı. 20 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp martın 19-da Şimali Koreya ilə bağlı vəziyyət və Çin ilə münasibətləri müzakirə etmək üçün xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə işgüzar görüşlərdə iştirak edib.

"Report" xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Müşavirə haqqında əlavə məlumat verilməyib.

Bir gün əvvəl Tramp jurnalistlərə açıqlamasında Pxenyanın Şimali Koreyanın raket və nüvə proqramlarının inkişafına yönəldilmiş son hərəkətlərini sərt tənqid edib.

"Mənim Şimali Koreya ilə bağlı görüşlərim oldu. O (KXDR lideri Kim Çen In) özünü çox, olduqca pis aparır", - deyə ABŞ prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi