ABŞ Prezidenti İranı hər hücuma cavab olaraq 20 zərbə ilə hədələyib
Digər ölkələr
- 09 iyul, 2026
- 04:41
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Tehrandan gələn hər hücuma cavab olaraq İrana 20 dəfə zərbə endirməyə hazırdır.
"Report"un məlumatına görə, o, bunu Türkiyədə keçirilən NATO sammitindən sonra jurnalistlərə təyyarəsində deyib.
"Biz indicə onlara güclü zərbə endirdik. Bu, dünən gecə etdiklərinin qisası idi. Onlar üç gəmiyə hücum etdilər. Əgər bizi vursalar, biz də onlara 20 dəfə zərbə endirəcəyik", - Tramp bildirib.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Amerika hərbçilərinin İslam Respublikasının Hörmüz boğazına nəzarət etmək imkanlarını zəiflətmək məqsədilə İrana zərbələri bərpa etdiyini bildirib.
İyulun 8-də Tramp həmçinin İranla atəşkəsin artıq qüvvədə olmadığını açıqlayıb.
Son xəbərlər
02:40
Bəqai: İran ABŞ ilə danışıqlar üçün müraciət etməyib
Region02:14
Belçika millisinin baş məşqçisi Rudi Qarsiya: Böyük oyunlarda ən kiçik səhvə də yer yoxdur
Futbol02:10
ABŞ "İran elitasının maliyyəçisi"nə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr01:42
Luis de la Fuente: Fransanı məğlub etmək gücündə olduğumuza inanırıq
Futbol01:37
Qaxda vətəndaş qəbulu keçirilib
Daxili siyasət01:31
Lamin Yamal İspaniya - Belçika matçının ən yaxşısı seçilib
Futbol01:28
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Avropa çempionu olub
Fərdi01:10
İranın neft emalı zavodunda yanğın baş verib
Region00:59
Foto