ABŞ prezidenti İranı terrorçuluğun əsas sponsoru adlandırıb

ABŞ prezidenti İranı terrorçuluğun əsas sponsoru adlandırıb Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İranı terrorçuluğun əsas sponsoru adlandırıb və onu terror təşkilatlarına, xüsusən “Hezbollah” və HƏMAS-a dəstək verməkdə ittiham edib.
Digər ölkələr
13 Yanvar , 2018 00:08
ABŞ prezidenti İranı terrorçuluğun əsas sponsoru adlandırıb

Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İranı terrorçuluğun əsas sponsoru adlandırıb və onu terror təşkilatlarına, xüsusən “Hezbollah” və HƏMAS-a dəstək verməkdə ittiham edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin bəyanatında deyilir.

"İran rejimi dünyada terrorizmə sponsorluq edən əsas dövlətdir. Onun hərəkətləri "Hezbollah"a, HƏMAS-a və başqa terrorçulara xaosu yaymaq və günahsız insanları öldürməyə imkan verir", - deyə Trampın bəyanatında deyilir.

Amerika liderinin sözlərinə görə, İran Yaxın Şərqdə dağıntıları genişləndirmək üçün 100 mindən çox döyüşçünü maliyyələşdirib, silahlandırıb və hazırlayıb. 

Son xəbərlər

Orphus sistemi