ABŞ Prezidenti Almaniyaya səfərinin məqsədlərini açıqlayıb

ABŞ Prezidenti Almaniyaya səfərinin məqsədlərini açıqlayıb ABŞ Prezidenti Cozef Bayden Almaniyaya səfərinin məqsədlərini açıqlayıb.
Digər ölkələr
26 İyun , 2022 08:36
 ABŞ Prezidenti Almaniyaya səfərinin məqsədlərini açıqlayıb

ABŞ Prezidenti Cozef Bayden Almaniyaya səfərinin məqsədlərini açıqlayıb.

“Report” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə tviter hesabında yazıb.

“Təyyarəmiz Almaniyaya enib, G7-ni gözləyirik. Mən ölkələrimizin ümumi dəyərləri və prioritetləri: iqlim, inkişaf infrastrukturu, qlobal sağlamlıq təhlükəsizliyi, gələcək onilliklər üçün iqtisadiyyat və texnologiya qaydalarının formalaşdırılması haqqında danışmağı səbirsizliklə gözləyirəm”, - Bayden qeyd edib.

Ağ Ev rəhbərinin səfəri üç gün davam edəcək. ABŞ lideri Almaniya kansleri Olaf Şoltsla görüşəcək. Bayden habelə ayrı-ayrı liderlərlə qlobal problemləri müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi