Yuxarı

​ABŞ prezidenti faciədən 71 il sonra Xirosimaya səfər edib

Barak Obama adaya atılan atom bombası qurbanlarının xatirə muzeyində də olub

Bakı. 27 may. REPORT.AZ/ Barak Obama Yaponiyanın Xirosima adasına gedən ilk ABŞ prezidentidir.

"Report" TASS-a istinadən xəbər verir ki, o, tarixi səfəri zamanı 1945-ci ildə ABŞ-ın atdığı atom bombası nəticəsində həyatını itirənlərin şərəfinə salınan "Sülh parkını" ziyarət edib.

ABŞ prezidenti Xirosimaya atılan atom bombası qurbanlarının xatirə muzeyində də olub.

Qeyd edək ki, Barak Obama jurnalistlərin "Xirosimaya atılan atom bombası ilə bağlı üzr istəyəcəkmisiniz?" sualını cavablandırarkən deyib: "Xeyr, müharibə zamanı hər cür qərar qəbul edilə bilər. Bütün liderlər müharibə zamanı çətin qərarlar qəbul etməyə məcburdurlar".

Xatırladaq ki, ABŞ 1945-ci il avqustun 6 və 9-da Yaponiyanın Xirosima və Naqasaki adalarına atom bombası atıb. Xirosimada bombardmanın qurbanlarının sayının 90 mindən 166 min nəfərədək, Naqasakidə isə 60 mindən 80 minədək olduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi