ABŞ Polşaya 100-dən çox əlavə "Abrams" tankının satışını təsdiqləyib

ABŞ Polşaya 100-dən çox əlavə "Abrams" tankının satışını təsdiqləyib ABŞ Dövlət Departamenti Polşaya əlavə olaraq 116 “Abrams” tankını sursatla birlikdə satmaq qərarına gəlib
Digər ölkələr
7 Dekabr , 2022 06:07
ABŞ Polşaya 100-dən çox əlavə Abrams tankının satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Polşaya əlavə olaraq 116 “Abrams” tankını sursatla birlikdə satmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşşak tviterdə yazıb.

“Polşa Silahlı Qüvvələrinin zirehli tank potensialının artırılması istiqamətində daha bir addım arxada qaldı”, - müdafiə qurumunun başçısı bildirib.

Blaşşak hazırda ölkələr arasında qiymət danışıqlarının başladığına diqqət çəkib. Onun sözlərinə görə, ilk tədarüklər 2023-cü ildə mümkündür.

Nazir vurğulayıb ki, Polşanın təhlükəsizliyi güclü ordudan asılıdır.

Son xəbərlər

Orphus sistemi