Yuxarı

​ABŞ Özbəkistana İŞİD-lə mübarizəyə qoşulmağı təklif edib

Daşkənd Birləşmiş Ştatların təklifinə hələ ki, cavab verməyib

Bakı. 28 Avqust. REPORT.AZ/ Avqustun 27-də ABŞ Özbəkistanı "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulmağa çağıraraq qeyd edib ki, Daşkənd terrorçulara qarşı müqavimət göstərmək üçün yardım üsulunu seçməkdə müstəqildir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi köməkçisinin Mərkəzi Asiya işləri üzrə müavini Daniel Rozenblüm məlumat verib.

"Biz Özbəkistanı koalisiyaya qoşulmağa çağırdıq", - deyə Daniel Rozenblüm qeyd edib.

Bildirilir ki, hazırda Özbəkistan hakimiyyəti Birləşmiş Ştatların təklifinə öz cavabını hələ ki, verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi