Bakı. 27 dekabr. REPORT.AZ/ ABŞ-da öz sahibini tanıya bilən ağıllı silah kəşf edilib. Silahın tutacağında quraşdırılan infraqırmızı skayner barmaq izi ilə sahibini tanıya biləcək. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Ordusu qəzetində məlumat dərc olunub. Ağıllı silahın yaddaşına 20 minə qədər barmaq izi nümunəsi yerləşdirilib ki, bütün ordu bölmələrində silahdan istifadə oluna bilsin. Silah sahibinə təkim olunan zaman isə yalnız onun barmaq izləri qeydiyyatdan keçir ki, silahı sahibindən başqa heç kim istifadə edə bilməsin. Ağıllı silah öz sahibini barmaq izləri ilə 3 saniyə ərzində tanıyır.
Qeyd edək ki, silahı ABŞ-ın "Safe Gun Technoloqy" şirkəti hazırlayıb. Silahın tutacağına yerləşdirilən skayner sistemi gələcəkdə digər silahlarda da istifadə oluna bilər.