ABŞ Myanma hakimiyyətini zorakılığa son qoymağa çağırıb

ABŞ Myanma hakimiyyətini zorakılığa son qoymağa çağırıb Vaşinqton Rakhayn ştatında davam etməkdə olan böhrandan dərin narahatdır
Digər ölkələr
12 Sentyabr , 2017 05:51
ABŞ Myanma hakimiyyətini zorakılığa son qoymağa çağırıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Myanmadakı vəziyyət onu göstərir ki, bu ölkənin təhlükəsizlik qüvvələri dinc əhalinin müdafiəsi ilə bağlı vəzifənin öhdəsindən gələ bilmir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu fikir Ağ evin mətbuat katibi Sara Sandersin bazar ertəsi yayılan yazılı bəyanatında ifadə olunub.

Onun sözlərinə görə, ABŞ Myanmanın Rakhayn ştatında davam etməkdə olan böhrandan dərin narahatdır.

Sanders qeyd edib ki, Amerika hakimiyyəti Rakhayn ştatında məhkəməsiz divan tutma, kəndlərin yandırılması, qırğın və zorakılıq halları da daxil olmaqla insan haqlarının pozulması barədə iddialardan narahatdır.

"Biz Birma hakimiyyətini qanun aliliyinə hörmətlə yanaşmağa, zorakılığı dayandırmağa və bütün icmaları təmsil edən dinc insanlara qarşı təzqiylərə son qoymağa çağırırıq", - deyə ABŞ prezidentinin nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi