ABŞ Mosulda 16 hərbçisini itirib
Digər ölkələr
- 07 noyabr, 2016
- 19:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 noyabr. REPORT.AZ/ İraqın Mosul şəhərinin İŞİD terror qruplaşmasından geri alınması üzrə artıq iki həftədir davam edən əməliyyatlar zamanı ABŞ 16 hərbçisini itirib, daha 27 hərbçi yaralanıb.
"Report" xəbər verir ki, bu barədə TASS-a Moskvadakı hərbi-diplomatik mənbə məlumat verib.
"Mosulun geri alınması üzrə quru əməliyyatlarının ilk iki həftəsi ərzində 16 Amerika hərbçisi ölüb, 27-si yaralanıb. Ölüm və yaralanma hallarının əksəriyyəti minaya düşmə, yaxud artilleriya və minaatanlardan açılan atəş nəticəsində qeydə alınıb", - deyə mənbə bildirib.
Mənbə, həmçinin qeyd edib ki, hərbçilərdən ikisi ABŞ-ın "B-52H" təyyarələrinin Mosul ətrafına endirdiyi zərbələr zamanı ölüb.
Son xəbərlər
02:11
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Digər ölkələr
01:44
Foto
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
01:27
Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
Digər ölkələr
00:48
FT: Fransadakı iğtişaşlar hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini göstərib
Digər ölkələr
00:10
Fransada iğtişaşlar zamanı 2,5 mindən çox adam saxlanılıb
Digər ölkələr
00:00
Zəngilanın azad edilməsindən 6 il ötür
Daxili siyasət
23:58
Tramp Putin və Si Cinpinlə nüvə tərksilahını müzakirə etməyə hazırdır
Digər ölkələr
23:43
Pakistanlı general sabah Tehrana səfər edəcək
Region
23:34
Foto
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Xarici siyasət