ABŞ Maduronu devirmək üçün koalisiya yaradır

ABŞ Maduronu devirmək üçün koalisiya yaradır Bakı. 4 mart. REPORT.AZ/ Vaşinqton Venesuelada hakimiyyəti dəyişmək üçün koalisiya yaratmağa çalışır.
Digər ölkələr
4 Mart , 2019 00:22
ABŞ Maduronu devirmək üçün koalisiya yaradır
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton / Gage Skidmore/flickr

Bakı. 4 mart. REPORT.AZ/ Vaşinqton Venesuelada hakimiyyəti dəyişmək üçün koalisiya yaratmağa çalışır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

O bildirib ki, Amerika, hakimiyyətin dinc yolla Nikolas Madurodan Xuan Quaidoya ötürülməsi üçün dəstək toplamağa çalışır.

"Mən başdan ayağa korrupsiyaya bulaşmış rejimin dəyişdirilməsi üçün bizim mümkün qədər toplaya biləcəyimiz koalisiya görmək istərdim", - deyə Bolton qeyd edib.

Daha əvvəl Xuan Quaido öz tərəfdarlarını hazırkı hakimiyyətə qarşı kütləvi etiraz aksiyalarında iştirak etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi