Yuxarı
    Bağlamaq

    ABŞ Kubaya qarşı bir sıra sanksiyaları ləğv edib

    ABŞ və Kuba arasında ticarət, ixrac lisenziyalarının verilməsi ilə bağlı olan məhdudiyyətləri aradan qaldırıb

    Bakı. 30 May. REPORT.AZ/ Kubanın beynəlxalq terrorizmi maliyyələşdirən ölkələr siyahısından çıxarılmasından sonra ABŞ adaya qarşı bir sıra siyasi və iqtisadi sanksiyaları ləğv edib.

    "Report" TASS-a istinadən xəbər verir ki, Dövlət Departamentinin nümayəndəsi Ceff Ratke qeyd edib ki, Kubanın həmin siyahıdan çıxarılması avtomatik olaraq bir sıra maliyyə tranzaksiyaları, vətəndaşların səfərləri, ABŞ və Kuba arasında ticarət, ixrac lisenziyalarının verilməsi ilə bağlı olan məhdudiyyətləri aradan qaldırıb.

    Buna baxmayaraq, Kubaya qarşı tətbiq edilmiş bir çox sanksiyalar hələ də qüvvədə qalır. Bu da həmin qadağaların digər qanunlarla qəbul edilməsi ilə əlaqədardır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi