ABŞ körfəz ölkələrində bir sıra hərbi təlimi dayandırıb

ABŞ körfəz ölkələrində bir sıra hərbi təlimi dayandırıb Qətər nümayəndəsi isə məsələni şərh etməyib
Digər ölkələr
6 Oktyabr , 2017 11:40
ABŞ körfəz ölkələrində bir sıra hərbi təlimi dayandırıb
EPA/UPG

Bakı. 6 oktyabr. REPORT.AZ/ Qətər ətrafındakı böhranla əlaqədar ABŞ körfəz ölkələri ərazisində bir sıra hərbi təlimi dayandırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın mərkəzi komandanlığı bildirib. Komandanlığın təmsilçisi deyib: “Bütün maraqların təmin edilməsini nəzərə alaraq, biz bəzi hərbi təlimlərdən imtina edirik. Bununla belə, ABŞ tərəfdarları ilə bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək üçün birgə layihələr hazırlayacaq”.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir ABŞ-la birgə hərbi təlimlərin dayandırlmasını təsdiqləyib. Qətər nümayəndəsi isə məsələni şərh etməyib.

Qeyd edək ki, bu ilin iyununda Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirlə Qətər arasındakı diplomatik münasibətlər pozulub. Onlar Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edirlər. 

Son xəbərlər

Orphus sistemi