ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Prezidentə "TikTok" sosial media tətbiqini, eləcə də hər hansı digər tətbiqləri qadağan etmək səlahiyyəti verən qanun layihəsini dəstəkləyib.
"Report" TASS-a istinadən xəbər verir ki, 24 konqresmen təşəbbüsü bəyənib, 16-sı isə əleyhinə çıxıb.
Qanun layihəsi bu ayın əvvəlində Nümayəndələr Palatasının geniş iclasında səsə qoyulmalıdır. Qanun layihəsi komitə sədri Maykl Makkalın təşəbbüsü ilə hazırlanıb. Demokratlar bu layihəyə qarşı çıxırlar.