Bayden Ukraynaya 12,4 milyard dollar yardımla bağlı qanun layihəsini imzalayıb

Bayden Ukraynaya 12,4 milyard dollar yardımla bağlı qanun layihəsini imzalayıb ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 12,4 milyard dollar əlavə yardımı nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Digər ölkələr
1 Oktyabr , 2022 02:10
Bayden Ukraynaya 12,4 milyard dollar yardımla bağlı qanun layihəsini imzalayıb

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 12,4 milyard dollar əlavə yardım da daxil olmaqla, Birləşmiş Ştatlar hökumətinin 2022-ci il dekabrın 16-dək maliyyələşdirilməsini davam etdirən qanun layihəsini imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, təşəbbüs daha əvvəl ABŞ Konqresi tərəfindən bəyənilib. Konqresin Nümayəndələr Palatası Ukraynaya 12,4 milyard dollar əlavə yardımı nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Sentyabrın 29-da isə ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardım paketinin ayrılmasına səs verib.

Qeyd edilir ki, 7,8 milyard dollar müdafiə ehtiyaclarına, 4,5 milyard dollar isə birbaşa ölkə büdcəsinə ayrılacaq.

30.09.2022.22:07

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 12,4 milyard dollar əlavə yardımı nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, məlumat ABŞ qanunvericilik orqanının aşağı palatasının saytında yayımlanıb.

Sentyabrın 29-da ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardım paketinin ayrılmasına səs verib. İndi onu ABŞ Prezidenti Cozef Bayden imzalamalıdır.

Qeyd edilir ki, 7,8 milyard dollar müdafiə ehtiyaclarına, 4,5 milyard dollar isə birbaşa ölkə büdcəsinə ayrılacaq.

Bundan əvvəl ABŞ Ukraynaya 1,1 milyard dollar məbləğində yeni hərbi yardım paketi elan edib. Paketə 18 yeni HIMARS və dron əleyhinə sistemdən əlavə, yüzlərlə zirehli maşın və radar daxil olacaq.

Son xəbərlər

Orphus sistemi