Yuxarı

ABŞ Konqresi İranla bağlı qanun layihəsinin müzakirəsini təxirə salıb

Demokrat Partiyasının təkidi ilə sənədin müzakirəsi təxirə salınıb

Bakı. 6 mart. REPORT.AZ/ İranla bağlı qanun layihəsinin gələn həftə ABŞ Konqresində səsverməyə çıxarılmasına dair təklifi dəstəkləməyib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Respublikaçılar tərəfindən hazırlanan qanun layihəsində təklif olunurdu ki, İranın nüvə proqramı ilə bağlı mümkün razılaşma ilə əlaqədar yekun qərarı, məhz ABŞ Konqresi versin. Lakin Demokrat Partiyasının təkidi ilə sənədin müzakirəsi təxirə salınıb.

Müşahidələrin fikrincə, Barak Obama administrasiyası nüvə danışıqlarında yaranan yeni fürsətlərdən yararlanmaq istəyir. Lakin ölkədə fəaliyyət göstərən yəhudi lobbisi, İsrail dövləti, eləcə də bir sıra körfəz ölkələri İrana qarşı sanksiyaların götürülməsinin əleyhinədirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi