ABŞ İvo Jima yaxınlığında dəniz təlimləri keçirəcək

ABŞ İvo Jima yaxınlığında dəniz təlimləri keçirəcək Birləşmiş Ştatlar Yaponiyanın ucqar Oqasavara qrupuna daxil olan İvo Jima adasının yaxınlığında ABŞ-nin Yokosuka hərbi dəniz bazasında yerləşən “Ronald Reyqan” aviadaşıyıcısı ilə təlimlər keçirəcək.
Digər ölkələr
8 May , 2023 07:29
ABŞ İvo Jima yaxınlığında dəniz təlimləri keçirəcək

Birləşmiş Ştatlar Yaponiyanın ucqar Oqasavara qrupuna daxil olan İvo Jima adasının yaxınlığında ABŞ-nin Yokosuka hərbi dəniz bazasında yerləşən “Ronald Reyqan” aviadaşıyıcısı ilə təlimlər keçirəcək.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, mayın 9-dan 19-dək aviadaşıyıcı təyyarələrin qalxıb-enişinin məşq ediləcəyi təlimlər keçiriləcək. Onlarda FA-18E qırıcı-bombardmançı təyyarələri və “Grumman” E-2 erkən xəbərdarlıq təyyarələri iştirak edəcək. Eyni zamanda bildirilib ki, əlverişsiz hava şəraiti zamanı təlimlərin yeri dəyişdirilə bilər.

“Bu təlimlərin keçirilməsi Yaponiya-ABŞ Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Müqaviləsi əsasında regionda ABŞ-nin çəkindirmə və cavab imkanlarının gücləndirilməsi üçün son dərəcə vacibdir”, - Yaponiya Müdafiə Nazirliyi bildirib.

Son xəbərlər

Orphus sistemi