ABŞ-ın yeni prezidenti Meksika ilə divarın inşasını dayandırdı

ABŞ-ın yeni prezidenti Meksika ilə divarın inşasını dayandırdı ABŞ-ın yeni prezidenti Co Bayden Meksika ilə sərhəddə inşa edilən mühafizə divarının tikintisini dayandıran fərman imzalayıb.
Digər ölkələr
384
21 Yanvar , 2021 02:41
ABŞ-ın yeni prezidenti Meksika ilə divarın inşasını dayandırdı
0 : 00
0 : 00

ABŞ-ın yeni prezidenti Co Bayden Meksika ilə sərhəddə inşa edilən mühafizə divarının tikintisini dayandıran fərman imzalayıb.

“Report”un məlumatına görə, Bayden Meksika ilə sərhəddə tətbiq edilən fövqəladə vəziyyət rejimi dayandırıb.

Xatırladaq ki, ABŞ ilə Meksika sərhədində iki il əvvəl tətbiq edilmiş və ötən il uzadılmış fövqəladə vəziyyət rejiminin müddəti daha bir il də uzadılıb. Sözügedən addımın başlıca səbəbi Meksika sərhədində mühafizə divarının inşası üçün Konqresdən rəy almadan vəsait əldə etmək zərurətidir.

Bu məqsəd üçün 2019-cu ildə keçmiş prezident Donald Tramp 8 milyard dollarlıq vəsait cəlb edə bilmişdi. Ötən ilin dekabr ayında isə "The Washington Post" tərəfindən dərc olunan xəbərdə yeni administrasiya bu plandan imtina edərsə, dövlət büdcəsinin 2,6 milyard dollar qənaət edəcəyi bildirilib.

Nəticədə fərmanla vəsaitin ayrılması mümkün olmayacaq.

Son xəbərlər

Orphus sistemi