ABŞ-ın yeni kənd təsərrüfatı naziri təyin edilib

ABŞ-ın yeni kənd təsərrüfatı naziri təyin edilib Senat Sonni Perdyunu sözügedən vəzifəyə təsdiqləyib
Digər ölkələr
25 Aprel , 2017 07:35
ABŞ-ın yeni kənd təsərrüfatı naziri təyin edilib

Bakı. 25 aprel. REPORT.AZ/ ABŞ Konqresinin Senatı bazar ertəsi Sonni Perdyunun prezident Donald Trampın Nazirlər Kabinetində kənd təsərrüfatı naziri postuna təyinatını təsdiq edib.

"Report" xəbər verir ki, senatorların 87-si onun namizədliyinin "lehinə", 11-i isə "əleyhinə" çıxış edib.

Tramp Perdyunun namizədliyini yanvarın 19-da irəli sürdüyünü elan edib. O, Corciya ştatının qubernatoru olub.

Son xəbərlər

Orphus sistemi