ABŞ-ın vitse-prezidenti Co Baydenin inauqurasiyasında iştirak edəcək

ABŞ-ın vitse-prezidenti Co Baydenin inauqurasiyasında iştirak edəcək ABŞ-ın Vitse prezidenti Mayk Pens Co Baydenin yanvarın 20-də keçiriləcək inauqurasiyasında iştirak edəcək.
Digər ölkələr
10 Yanvar , 2021 04:18
ABŞ-ın vitse-prezidenti Co Baydenin inauqurasiyasında iştirak edəcək
Mayk Pens

ABŞ-ın vitse-prezidenti Mayk Pens Co Baydenin inauqurasiyasında iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə NBC telekanalı vitse-prezidentin qərarı ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Bayden ABŞ-ın vitse-prezidentini özünün inauqurasiyasına dəvət etməyib. Məlumata görə, Mayk Pens buna baxmayaraq inauqurasiyada iştirak edəcək.

Qeyd edək ki, Birləşmiş Ştatların hazırkı rəhbəri Donald Tramp mərasimə qatılmayacaq. Öz növbəsində Bayden Trampın qərarına "Bu yaxşıdır", - cavabını verib.

Co Baydenin inauqurasiyası yanvarın 20-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi