ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker istefa verib

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker istefa verib ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker istefa verib. “Report” xəbər verir ki, bu barədə “CNN” üç mənbəyə istinadən məlumat yayıb.
Digər ölkələr
28 Sentyabr , 2019 07:11
ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker istefa verib

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker istefa verib. “Report” xəbər verir ki, bu barədə “CNN” üç mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, onun adı kəşfiyyat nümayəndəsinin ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasındakı telefon danışığı ilə bağlı etdiyi yazılı şikayətdə qeyd edilib.

Ehtimal edilir ki, məhz Volker Trampın şəxsi vəkili Rudolf Culiani ilə Zelenskinin köməkçisi Andrey Yermak arasında görüş təşkil edib.

Culiani isə Co və Hanter Baydenlərin Ukraynadakı işləri ilə əlaqədar istintaq işinin başladılması üçün rəsmi Kiyevə təzyiq göstərməkdə şübhəli bilinir.

ABŞ Dövlət Departamenti bu məlumata münasibət bildirməyib.  

Son xəbərlər

Orphus sistemi