ABŞ-ın Texas ştatında atışma zamanı ölənlərin və yaralananların sayı artıb.
"Report" xəbər verir ki, bu barədə "Fox 4" telekanalı bildirib.
Telekanalın məlumatına görə, silahlı insident zamanı ölənlərin sayı 5 nəfərə çatıb. Polisdən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə zamanı 5 nəfər həlak olub, daha 21 nəfər yaralanıb.
Daha əvvəl "The New York Times" Midlend şəhərininmeri Cerri Moralesə istinadən xəbər verib ki, hadisə zamanı 2 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.
Midlend dairəsinin polisi özünün
"İki nəfər ölüb, iyirmiyə qədər adam yaralanıb", - deyə Morales bildirib. O, cinayətkarların 3 nəfər olduqlarını istisna etməyib.
***02:07
ABŞ-da atışma olub.
Bu barədə "Report" CBS7-yə istinadən xəbər verir.
Bildirilir ki, hadisə Texas ştatının OdessA şəhərində baş verib. İki silahlı şəxs ətrafdakılara atəş açıb. CBS7-nin məlumatına görə, hadisə zamanı 20 nəfər xəsarət alıb.
Digər mətbu orqanlar da bildiriblər ki, insident nəticəsində bir neçə nəfər xəsarət alıb. Hadisəni törədənlər qaçaraq gizləniblər.