ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub

Digər ölkələr
  • 06 yanvar, 2022
  • 00:47
ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub

ABŞ hərbçilərinin Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində yerləşdiyi Ömər bazası raket atəşinə tutulub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hücum terrorçu qrupların yerləşdiyi Əl-Məyadin bölgəsindən həyata keçirilib.

Atəş 10-a yaxın raketdən istifadə edilməklə həyata keçirilib.

Dəymiş ziyanla bağlı məlumat daxil olmayıb.

ABŞ qüvvələri buna cavab olaraq Əl-Məyadin bölgəsindəki atəş nöqtələrini atəşə tutub.

44 filmi