ABŞ-ın "Snickers" istehsal edən fabrikində güclü yanğın olub
Digər ölkələr
- 03 may, 2017
- 01:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 may. REPORT.AZ/ Çərşənbə axşamı ABŞ-ın Texas ştatında "Mars Inc." qənnadı fabrikində güclü yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə Amerikanın NBC telekanalı məlumat yayıb.
Yanğın Bakı vaxtı ilə 22:30-da 130 min əhalisi olan Ueyko şəhərindəki fabrikdə qeydə alınıb. Müəssisədə işləyən yüzlərlə insan təxliyə olunub.
İlkin məlumata görə, məhsulların daşınması üçün nəzərdə tutulan yük maşınları yanıb. Azı 5 maşın tamamilə yanaraq kül olub.
Yanğınsöndürənlər alovun qarşısını almağa müvəffəq olublar. Yanğının səbəbləri araşdırılır. Telekanalın məlumatına görə, bütün Şimali Amerika üzrə satışa çıxarılan əksər "Snickers" şokolad batonları Ueykodakı fabrikdə istehsal olunur.
Son xəbərlər
12:22
Azərbaycan karbon izini azaltmaq üçün enerji və sənayedə dəyişikliklərə hazırlaşır
Energetika
12:20
Hesablama Palatasının sisteminə 1 000-dən çox dövlət qurumu inteqrasiya olunub
Maliyyə
12:19
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb
Daxili siyasət
12:19
Marçin Bosatski: Balkan ölkələri Aİ-yə inteqrasiya edilməsə, başqaları bu fürsətdən yararlanacaqlar
Xarici siyasət
12:19
Sabah Bakıda yağış yağacaq
Ekologiya
12:17
Yardımlıya yeni icra başçısı təyin edilib
Daxili siyasət
12:17
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
İKT
12:15
Foto
Anar Bayramov Özbəkistanda uşaqların rifahına həsr olunan Ümumdünya Sammitdə iştirak edib
Sağlamlıq
12:15
Qubanın iki bələdiyyəsi və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib
Daxili siyasət