ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaların qüvvəyə minəcəyi tarix açıqlanıb

Digər ölkələr
  • 24 avqust, 2018
  • 06:57
ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaların qüvvəyə minəcəyi tarix açıqlanıb
Sputnik

Bakı. 24 avqust. REPORT.AZ/ ABŞ-ın "Skripalların işi" ilə əlaqədar Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalar avqustun 27-də Federal Qeydiyyatda rəsmi yayımlandıqdan sonra qüvvəyə minəcək.

"Report" xəbər verir ki, bunu "RİA Novosti"yə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

O qeyd edib ki, daha əvvəl "Skripalların işi" ilə əlaqədar sanksiyaların avqustun 22-də qüvvəyə minəcəyi gözlənilirdi. Lakin ABŞ hökumətinin rəsmi qəzeti olan "Federal Register"in saytında bildiriş çıxmayıb.

44 filmi