Yuxarı
    Bağlamaq

    ABŞ-ın Nyu-York şəhərinin mərkəzi parkında partlayış baş verib

    Hadisə nəticəsində bir nəfər yaralanıb

    Bakı. 3 iyul. REPORT.AZ/ Bakı. ABŞ-ın Nyu-York şəhərinin mərkəzi  parkında partlayış baş verib. 

    "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

    Agentliyin xəbərinə görə, hadisə Nobel mükafatı laureatı, yəhudi əsilli yazıçı Elli Vizelyanın dəfn mərasimində baş verib. 

    Partlayış nəticəsində bir nəfər yaralanıb. Hadisə yerinin yaxınlığında olmuş şəxs xəstəxanaya yerləşdirilib və onun ayağı kəsilib.  

    Şahidlərin sözlərinə görə, partlayış kiçik miqyasda baş verib. 

    Hadisənin hansı səbəbdən baş verdiyi hələlik açıqlanmır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi