Yuxarı

ABŞ Nümayəndələr Palatası "Eximbank"-ın lisenziya müddətini uzadıb

ABŞ Konqresinin bəzi üzvləri Eximbank-ın dövlət tərəfindən dəstəklənməsinə qarşı çıxmışdı

Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ-ın əsas ixrac-idxal bankı hesab olunan "Eximbank"-ın lisenziya müddəti uzadılıb. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, uzun müddət gözlənilən qərar nəhayət Nümayəndələr Palatasında qəbul edilib.

ABŞ Konqresinin bəzi üzvləri "Eximbank"-ın dövlət tərəfindən dəstəklənməsinə qarşı çıxmışdı. Bu səbəbdən bu bank iyun ayından etibarən kredit əməliyyatlarını dayandırmışdı.

"Eximbank"-ın lisensiyasının ləğvi "Boeing" kimi nəhəng şirkətlərin fəaliyyətinə də mənfi təsir göstərmişdi. Qeyd edək ki, hazırda ABŞ-da 150 min insan sözügedən dövlət bankının hesabına işlə təmin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi