Bakı. 21 İyun. REPORT.AZ/ Amerikanın göyərtəsində "SH-60 Sea Hawk" vertolyotu, həmçinin 56 ədədədək qanadlı "Tomaqavk" raketi daşımaq imkanı verən iki buraxılış qurğusu olan "Laboon" raket esminesi bu gün Bosfor və Dardanel körfəzlərindən yan keçərək Qara dəniz hövzəsinə daxil olacaq.
"Report" xəbər verir ki, bu barədə hərbi rəhbərlik və diplomatik dairələrdəki mənbələrinə istinadən RİA "Novosti" məlumat yayıb.
Rusiyanın
Bundan əvvəl Qara dəniz hövzəsinə Fransaya məxsus "Düpüi de Lom" kəşfiyyat gəmisi daxil olub.