Tramp: "ABŞ-ın koronavirus peyvəndi bir neçə həftə sonra hazır ola bilər"

Tramp: "ABŞ-ın koronavirus peyvəndi bir neçə həftə sonra hazır ola bilər" Amerika Birləşmiş Ştatlarının (ABŞ) COVID-19 peyvəndi gələn həftə hazır ola bilər.
Digər ölkələr
16 Sentyabr , 2020 05:38
Tramp: ABŞ-ın koronavirus peyvəndi bir neçə həftə sonra hazır ola bilər
Donald Tramp

Amerika Birləşmiş Ştatlarının (ABŞ) COVID-19 peyvəndi bir neçə həftə sonra hazır ola bilər. 

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp ABC telekanalına bildirib. 

"Ola bilsin, əvvəlki administrasiyaya peyvəndi almaq üçün illər lazım gələrdi. Amma onu almaq üçün bizim bir neçə həftəmiz qaldı. Bu, üç-dörd həftə ola bilər", - o deyib.

"Bizim çox gözəl şirkətlərimiz var və onlar (peyvəndin alınmasına-red) çox, çox yaxındır", - Tramp əlavə edib.

Birləşmiş Ştatlar hökuməti daha əvvəl İngiltərə-İsveç əczaçılıq şirkəti “AstraZeneca”ya peyvəndin hazırlanması üçün 1,2 milyard ABŞ dolları ayırıb, bundan əlavə, Vaşinqton rəhbərliyi Amerikanın “Moderna” biotexnologiya şirkətinə 486 milyon ABŞ dolları və “Johnson & Johnson“ əczaçılıq şirkətinə 456 milyon ABŞ dolları ayırıb.

“Merck” və “Pfizer” də eyni vaxtda ABŞ-da koronavirus peyvəndi hazırlayırlar. Ağ Evin məlumatlna görə, ölkə rəhbərliyi bu layihələrə ümumilikdə 12 milyard ABŞ dolları sərmayə qoyub.

Son xəbərlər

Orphus sistemi