ABŞ-ın Keniyadakı hərbi bazası hücuma məruz qalıb

Digər ölkələr
  • 05 yanvar, 2020
  • 08:04
ABŞ-ın Keniyadakı hərbi bazası hücuma məruz qalıb

ABŞ-ın Keniyadakı hərbi bazası “Əş-Şabab” silahlı qruplaşmasının hücumuna məruz qalıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi hakimiyyətindən bildirilib.

Keniya ordusunun nümayəndəsi, polkovnik Pol Ncuqunanın sözlərinə görə, yerli vaxtla saat 05:30-da hərbi bazanın yerləşdiyi Manda aeroportuna terror hücumu olub və qarşısı alınıb. Nəticədə 4 terrorçu öldürülüb. Hava limanının uçuş-eniş zolaqlarına ziyan dəyməyib.