ABŞ-ın ən gənc müdafiə naziri olmuş Donald Ramsfeld vəfat edib

ABŞ-ın ən gənc müdafiə naziri olmuş Donald Ramsfeld vəfat edib ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeld dünyasını dəyişib.
Digər ölkələr
30 İyun , 2021 23:43
ABŞ-ın ən gənc müdafiə naziri olmuş Donald Ramsfeld vəfat edib
Donald Ramsfeld

ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeld dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” onun ailəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Donald Ramsfeld 88 yaşında vəfat edib.

O, 1932-ci ildə Çikaqoda (İllinoys ştatı) doğulub. 1954-cü ildə Prinston Universitetinin Siyasi elmlər fakültəsinin bakalavr elmi dərəcəsi ilə bitirib. Donald Ramsfeld 1954-1957-ci illərdə dəniz aviasiyasında xidmət edib və kiçik leytenant rütbəsi ilə ordudan tərxis olunub.

Bir sıra mühüm vəzifələrdə çalışmış Donald Ramsfeld 1975-ci ildə ABŞ-ın müdafiə naziri təyin edilib. O, Müdafiə Nazirliyi tarixinə ən gənc (43 yaş) rəhbər kimi düşüb. Donald Ramsfeld ABŞ-ın SSRİ üzərində hərbi üstünlüyünün qatı tərəfdarı olub. O, bu vəzifəni 1977-ci ilə qədər icra edib.

Donald Ramsfeldin ölüm səbəbi açıqlanmır.

Son xəbərlər

Orphus sistemi