ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var - FOTO

ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var - FOTO ABŞ-ın Kaliforniya ştatının Korona şəhərində təyyarə qəzası baş verib.
Digər ölkələr
23 Yanvar , 2020 02:04

ABŞ-ın Kaliforniya ştatının Korona şəhərində təyyarə qəzası baş verib.

“Report” xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidməti özünün “Twitter”dəki səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, kiçik mühərrikli təyyarə Korona şəhərinin ətrafındakı aerodromun ərazisinə düşüb. İlkin məlumata görə, hadisə zamanı təyyarədə dörd nəfər olub. Onların hamısı qəza zamanı həlak olublar.

"Yanğınsöndürmə xidmətinin əməkdaşları və Korona polisləri bələdiyyə aerodromunda təyyarə qəzası haqqında xəbərə reaksiya verdilər. Hadisə yerinə gələn əməkdaşlar alova bürünmüş bir təyyarə aşkar etdilər”, - asayiş keşikçilərinin “Twitter”də yayılmış xəbərində deyilir.

Qeyd edilir ki, təyyarə aerodrom ərazisinin şərq hissəsinə düşüb.

"Aerodrom bağlanıb, təyyarədə 3-4 nəfər olub", - deyə bildirilir.

Son xəbərlər

Orphus sistemi