Bakı. 4 mart. REPORT.AZ/ ABŞ-ın İsraildəki səfirliyi və Baş Konsulluğu martın 4-dən etibarən bir struktur, ABŞ səfirliyi adı altında Qüdsdə fəaliyyət göstərməyə başlayır.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamenti yayıb.
“Bu qərar diplomatiyamızın səmərəliliyini və məhsuldarlığını, səylərimizi artırmaq üçün qəbul edilib. Bu, ABŞ-ın Qüds, İordan çayının qərb sahili və ya Qəzza zolağı ilə bağlı siyasətinin dəyişməsi demək deyil. İsralilin Qüdsdə suverenliyinin konkret sərhədlərinin yekun statusu tərəflər arasında danışıqların predmetidir”, - Dövlət Departamentinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, Dövlər Departamenti İsrail və Fələstinin işıqlı gələcəyinin təmini, davamlı və əhatəli sülhün əldə edilməsi üçün əvvəlki səylərini artıracaq.
Xatırladaq ki, ABŞ 2018-ci ilin may ayında səfirliyini İsrailin paytaxtı Tel-Əvivdən Qüdsə köçürüb.