ABŞ-ın hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb

ABŞ-ın hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb Tələbə və təlimatçı pilota katapulta vasitəsilə xilas olublar
Digər ölkələr
8 Sentyabr , 2016 03:07
ABŞ-ın hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus "T-45" təyyarəsi təlim uçuşu zamanı Missisipidə, aeroport yaxınlığında yerə düşüb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər yayıb.

Məlumata görə, hadisə Meridian şəhəri yaxınlığında, yerli vaxtla saat 13:15-də qeydə alınıb.

ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi Penni Rendal bildirib ki, tələbə və təlimatçı pilot katapulta (təyyarəçini havaya tullamaq üçün xüsusi mexanizm - "Report") vasitəsilə xilas olublar. Rendalın sözlərinə görə, onlar xəstəxanaya yerləşdiriliblər və hər ikisinin həyatı üçün heç bir təhlükə yoxdur.  

Qəzanın başvermə səbəbləri məlum deyil. Hərbi Hava Qüvvələri insidentlə bağlı araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi