Bakı. 23 noyabr. REPORT.AZ/ ABŞ-ın "Apachi" tipli hərbi helikopterinin Cənubi Koreyada qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Məlumata görə, helikopter ölkə paytaxtı Seuldan şərqdə, Kanvondo əyalətinin Voncu şəhəri ərazisində yerə düşüb. Helikopterdə pilot və bir ekipaj üzvü olub.
Bir müddət əvvəl Şimali Koreya ilə sərhəd yaxınlığında Cənubi Koreya artilleriyasının təliminin başladığı haqda məlumat yayılmışdı.
Qeyd edək ki, ABŞ-ın Cənubi Koreya ərazisində 28 500 hərbçisi var.