ABŞ-ın Ferguson şəhərinin başçısı istefa verib

ABŞ-ın Ferguson şəhərinin başçısı istefa verib C. Şou məhkəmə və hüquq-müdafiə orqanlarının fəaliyyətində rasizmə yol verildiyini bildirib
Digər ölkələr
11 Mart , 2015 06:26
ABŞ-ın Ferguson şəhərinin başçısı istefa verib

Bakı. 11 mart. REPORT.AZ/ ABŞ-ın Missuri ştatının Ferguson şəhərində Maykl Braun adlı 18 yaşlı afroamerikalının polis tərəfindən güllələnməsinin ardından başlayan etirazlara və gərginliyə dözə bilməyən şəhərin icra rəhbəri (meneceri) Con Şou ötən gün istefa verib.

"Report"un "The New York Times" qəzetinə istinadən verdiyi xəbərə görə, məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətində rasizmə yol verildiyini bildirən C. Şou, qərarının qəti olduğunu vurğulayıb.

Qeyd edək ki, M.Braun ötən il avqustun 9-da Ferguson şəhərində polisin tələbinə tabe olmadığına görə güllələnmişdi. İnsidentdən sonra şəhərdə kütləvi iğtişaşlar, polis ilə etirazçılar arasında toqquşmalar baş vermişdi.

M.Braunu güllələyən Darren Uilson adlı polis əməkdaşı ilə şəhərin baş hakimi də bir müddət əvvəl istefa veriblər. 

Son xəbərlər

Orphus sistemi