ABŞ-ın eskadra mina gəmisi Yaponiya sahillərində yedəklə toqquşub

ABŞ-ın eskadra mina gəmisi Yaponiya sahillərində yedəklə toqquşub Hadisə nəticəsində xəsarət alan olmayıb
Digər ölkələr
18 Noyabr , 2017 20:25
ABŞ-ın eskadra mina gəmisi Yaponiya sahillərində yedəklə toqquşub

Bakı. 18 noyabr. REPORT.AZ/ Amerika Hərbi Dəniz Qüvvələrinin (HDQ) eskadra mina gəmisi Yaponiya sahillərində yedəklə toqquşub.

“Report” xəbər verir ki, təlimlər zamanı baş verən hadisə barədə ABŞ HDQ Yeddinci donanmasının mətbuat xidməti məlumat yayıb.

Saqami körfəzində baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.

İndi Amerika gəmisi körfəzdə qalacaq, Yaponiyanın kommersiya gəmisi isə yedəyə alınaraq Yokosuke limanına aparılıb.

Son xəbərlər

Orphus sistemi