Yuxarı

​ABŞ-ın dövlət katibi Kiyevə gedib

Con Kerrinin Ukrayna prezidenti ilə hərbi yardım məsələsini də müzakirə edəcəyi gözlənilir

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri bu gün Ukraynaya səfər edib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, Kiyevdə onun Ukrayna prezidenti Pyotr Poroşenko ilə danışıqlar aparacağı gözlənilir.

Məlumata görə, C.Kerri ilə P.Poroşenko Ukraynaya hərbi yardım, eləcə də ölkənin şərqində yaranan ağır vəziyyətə dair məsələləri də müzakirə edəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi