ABŞ-ın dövlət borcu rekord həddə çataraq 23 trilyon dollar olub

ABŞ-ın dövlət borcu rekord həddə çataraq 23 trilyon dollar olub ABŞ-ın dövlət borcu 23 trilyon dollara çataraq rekord həddə qədər artıb.
Digər ölkələr
2 Noyabr , 2019 02:01
ABŞ-ın dövlət borcu rekord həddə çataraq 23 trilyon dollar olub

ABŞ-ın dövlət borcu 23 trilyon dollara çataraq rekord həddə qədər artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı məlumatlar ölkənin Maliyyə Nazirliyinin hesabatında yer alıb.

Məlumata görə, sənəddə qeyd edilən rəqəm ölkənin dövlət borcunun cari vəziyyətini əks etdirir. ABŞ-ın indiki borc problemləri 2007-2008-ci illərin maliyyə-iqtisadi böhrandan miras qalıb.

ABŞ-ın dövlət borcu sabiq prezident Barak Obamanın 8 illik prezidentliyi dövründə 9 trilyon dollardan çox artıb. Qeyd edilir ki, Donald Trampın sələfinin prezidentliyi dövründə Birləşmiş Ştatların dövlət borcu 20 trilyon dollara çatıb.

Amerika iqtisadçıları bu rəqəmin 2026-cı ildə 30 trilyon dollara qədər artacağını proqnozlaşdırırlar.

Birləşmiş Ştatların dövlət borcu Donald Trampın prezidentliyi dövründə 2 trilyon dollardan çox artıb.

Son xəbərlər

Orphus sistemi