ABŞ-ın "Chevron" şirkətinin helikopteri Anqolada qəzaya uğrayıb, dörd nəfər ölüb

ABŞ-ın "Chevron" şirkətinin helikopteri Anqolada qəzaya uğrayıb, dörd nəfər ölüb Helikopter Kabinda vilayətindən Tombua-Landana neft platformasına uçub, amma təyin olunan yerə çatmayıb
Digər ölkələr
27 Sentyabr , 2016 17:26
ABŞ-ın Chevron şirkətinin helikopteri Anqolada qəzaya uğrayıb, dörd nəfər ölüb

Bakı. 27 sentyabr. REPORT.AZ/ ABŞ-ın "Chevron" şirkətinə məxsus helikopter Anqola sahillərində qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər həlak olub, iki nəfər itkin düşüb.

Helikopter Kabinda vilayətindən Tombua-Landana neft platformasına uçub, amma təyin olunan yerə çatmayıb.

Şirkətdən verilən məlumata görə, təyinat nöqtəsinə çatmayan helikopterin göyərtəsində 5 sərnişin və 1 pilot olub. Sərnişinlərdən 4-ü podratçı şirkətin işçisi, 1-i isə "Chevron"un əməkdaşı olub.

Hadisə yerində 19 gəmi və 3 helikopterlə axtarış-xilasetmə əməliyyatı keçirilir.

Son xəbərlər

Orphus sistemi