Yuxarı

ABŞ-ın ​bəzi ştatları suriyalı qaçqınlara sığınacaq verməkdən imtina edib

Qubernatorlar suriyalı qaçqınların ABŞ-da terror törətməyəcəklərinə təminat olmadığını vurğulayıblar

Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ-ın 7 ştatının qubernatoru suriyalı qaçqınlara sığınacaq verməkdən imtina edib.

"Report" "Reuters"ə istinadən bildirir ki, ölkənin Texas, Arkanzas, İndiana, Luiziana, Missisipi, Alabama və Miçiqan ştatlarının qubernatorları ABŞ prezidenti Barak Obamanın miqrasiya siyasətini dəstəkləmədiklərini açıqlayıblar. 

Qubernatorlar bildirib ki, Parisdəki terror aktlarından sonra müharibədən ziyan dəyən bir ölkənin vətəndaşlarını qəbul etmək çox təhlükəlidir.

Xəbərə əsasən, Respublikaçılar Partiyasından olan qubernatorlar Qreq Ebbot (Texas ştatı), Asa Xatçinson (Arkanzas), Mayk Pens (İndiana), Bobbi Cindal (Luziana) və Fil Brayant (Missisipi) yaxın illər ərzində Ağ Evin 10 min suriyalının qəbul edilməsi ilə bağlı vədini artıq dəstəkləməyəcəklərini bildiriblər.

Xəbərdə bildirilib ki, Rusiya tərəfi hadisənin terror aktı olduğunu rəsmi olaraq açıqlayıb.

Qurbernatorlar Ağ Evə göndərdikləri məktubda suriyalı qaçqınların ABŞ-da terror törətməyəcəklərinə təminat olmadığını vurğulayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi