ABŞ-ın Bağdaddakı Səfirliyi konsulluq işini dayandırıb
- 01 yanvar, 2020
- 17:37
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın İraqdakı Səfirliyi diplomatik korpusun divarları yaxınlığında keçirilən etiraz aksiyaları səbəbindən dekabrın 31-dən konsulluq işini dayandırması və tədbirlərin ləğv edilməsi barədə bildirib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"ABŞ səfirliyi kompleksə hücumlara görə bütün ictimai konsul əməliyyatlarını sonrakı bildirişə qədər dayandırıb. Bütün təyin edilmiş görüşlər ləğv olunur", - deyə səfirliyin çərşənbə günü yayılmış bəyanatında qeyd edilir.
ABŞ diplomatik missiyası Birləşmiş Ştatların vətəndaşlarına səfirlik ərazisinə yaxınlaşmamağı, regionda baş verən hadisələr barədə yerli və beynəlxalq KİV-də dərc edilən məlumatları izləməyi məsləhət görüb. Qeyd edilir ki, ABŞ vətəndaşları vizalar və başqa məsələlərlə bağlı Birləşmiş Ştatların Ərbildəkı Baş Konsulluğuna müraciət edə bilərlər.