ABŞ-ın 92 yaşlı sakini onu qocalar evinə yerləşdirmək istəyən oğlunu öldürüb

ABŞ-ın 92 yaşlı sakini onu qocalar evinə yerləşdirmək istəyən oğlunu öldürüb Bakı. 5 iyul. REPORT.AZ/ ABŞ-ın Arizona ştatının 92 yaşlı sakini Anna Mey Blessinq onu qocalar evinə yerləşdirmək istəyən 72 yaşlı oğlu Toması öldürüb.
Digər ölkələr
5 İyul , 2018 03:48
ABŞ-ın 92 yaşlı sakini onu qocalar evinə yerləşdirmək istəyən oğlunu öldürüb

Bakı. 5 iyul. REPORT.AZ/ ABŞ-ın Arizona ştatının 92 yaşlı sakini Anna Mey Blessinq onu qocalar evinə yerləşdirmək istəyən 72 yaşlı oğlu Toması öldürüb.

"Report" xəbər verir ki, bu barədə "USA.one" məlumat yayıb.

Marikop dairəsinin polis şerifi Pol Penzon bildirib ki, qadın qətl planını bir neçə gün ərzində hazırlayıb və nəhayət həyata keçirib. Qətl hadisəsi iyulun 2-də, səhər saatlarında törədilib. Cinayətin üstü bir neçə saat sonra açılıb.  

O, oğluna 2 dəfə atəş açıb. Hadisə yerinə gələn polis əməkdaşları Anna Meyi evi tərk etməyə çağırıblar. Polis əməkdaşları qoca qadını sakit halda, kresloda oturmuş vəziyyətdə aşkar ediblər. 

Son xəbərlər

Orphus sistemi