ABŞ-ın 2019-cu il üçün büdcə kəsiri 26 faiz artıb

ABŞ-ın 2019-cu il üçün büdcə kəsiri 26 faiz artıb 2019-cu maliyyə ili üçün federal büdcə kəsiri (sentyabrın sonunda ABŞ-da başa çatdı) keçən ilə nisbətən 26% artaraq demək olar ki, 1 trilyon dollara çatıb.
Digər ölkələr
26 Oktyabr , 2019 01:15
ABŞ-ın 2019-cu il üçün büdcə kəsiri 26 faiz artıb

2019-cu maliyyə ili üçün federal büdcə kəsiri (sentyabrın sonunda ABŞ-da başa çatdı) keçən ilə nisbətən 26% artaraq demək olar ki, 1 trilyon dollara çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə naziri Stiven Mnuçin bildirib.

“2019-cu maliyyə ilində büdcə kəsiri 984 milyard dollar təşkil edib ki, bu da əvvəlki maliyyə ilindən 205 milyard dollar çoxdur. 2019-cu il üçün rəqəm hələ də hakimiyyətin əvvəlcədən proqnozlaşdırdığı rəqəmdən 16 milyard dollar azdır”.

Eyni zamanda 2019-cu maliyyə ilində korporativ vergi daxilolmaları 12% artaraq 230 milyard dollar təşkil edib. Fiziki şəxslərdən vergi daxilolmaları 2% artaraq 1,7 trilyon dollara çatıb.

ABŞ hökuməti, eyni zamanda, bir il əvvələ nisbətən 70% artıq, təxminən 71 milyard dollar gömrük rüsumu toplayıb. Cəmi gəlirlər 4%, xərclər isə 8,2% artıb.

“Prezident Trampın iqtisadi gündəliyi işləyir. Ölkədə demək olar ki, 50 ildə ən aşağı işsizlik nisbəti yaşanır, iş axtaranlardan daha çox iş var” deyən nazir bildirib. 

Son xəbərlər

Orphus sistemi