ABŞ III dünya müharibəsindən qaçınmaq üçün Ukraynanın Rusiya ərazisinə zərbələrini dəstəkləmir

ABŞ III dünya müharibəsindən qaçınmaq üçün Ukraynanın Rusiya ərazisinə zərbələrini dəstəkləmir ABŞ-nin üçüncü dünya müharibəsindən qaçınmaq istəyir, ona görə də Ukraynanın Rusiya ərazisinə zərbələrini dəstəkləmir.
Digər ölkələr
31 May , 2023 22:30
ABŞ III dünya müharibəsindən qaçınmaq üçün Ukraynanın Rusiya ərazisinə zərbələrini dəstəkləmir

ABŞ-nin üçüncü dünya müharibəsindən qaçınmaq istəyir, ona görə də Ukraynanın Rusiya ərazisinə zərbələrini dəstəkləmir.

“Report” xəbər verir ki, bu barədə Ağ evin strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi brifinqdə bildirib.

“Üçüncü dünya müharibəsindən qaçınmaq üçün” o, jurnalistlərə ölkəsinin niyə Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələrə qarşı olduğunu soruşduqda deyib.

Həmçinin Vaşinqton əmindir ki, Ukrayna ötürülməsi planlaşdırılan ABŞ istehsalı olan F-16 təyyarələrindən Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etməyəcək.

“Bəli. Biz təkcə Prezidentdən (Ukrayna Prezidenti Volodimir Zelenski – red.) deyil, həm də Ukraynanın digər yüksəkrütbəli hərbi liderlərindən müxtəlif səviyyələrdə təminat almışıq”, - Ağ ev rəsmisi diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi