Bakı. 24 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatlar beynəlxalq koalisiya qüvvələri ilə birgə "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının İraq və Suriya ərazisindəki mövqelərinə havadan 26 zərbə endirib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, 12 aviazərbəyə yaraqlıların Suriyanın Kobani şəhəri yaxınlığındakı mövqeləri məruz qalıb.
İraqda isə zərbələr, əsasən Mosul və Təl-Əfar yaxınlığındakı ərazilərə endirilib.